Ermənistan parlamentinin üzvü xaricə qaçıb

Ermənistan parlamentinin üzvü xaricə qaçıb Bakı. 12 dekabr. REPORT.AZ/ Ermənistan parlamentinin deputatı, keçmiş təbiət mühafizəsi naziri Aram Harutünyan ölkədən qaçıb.
Region
12 Dekabr , 2018 13:30
Ermənistan parlamentinin üzvü xaricə qaçıb
Panorama.am
0 : 00
0 : 00

Bakı. 12 dekabr. REPORT.AZ/ Ermənistan parlamentinin deputatı, keçmiş təbiət mühafizəsi naziri Aram Harutünyan ölkədən qaçıb.

“Report” “Hraparak” nəşrinə istinadən xəbər verir ki, 14 milyon ABŞ dolları məbləğində rüşvət almaq ittihamının irəli sürüldüyü A.Harutünyan parlamentin bu yaxınlarda baş tutmayan iclasında toxunulmazlıqdan məhrum ediləcəkdi.

Bununla yanaşı, millət vəkili Aram Harutünyanın istintaqdan yayınması ehtimalını nəzərə alan Baş Prokurorluq onun barəsində cinayət işi başlamağa və həbs qəti imkan tədbirinin tətbiqi üçün parlamentə müraciət edib.

Son xəbərlər

Orphus sistemi