Ermənistan parlamentinin qarşısında oturaq etiraz aksiyası keçirilir

Ermənistan parlamentinin qarşısında oturaq etiraz aksiyası keçirilir Ermənistan parlamentinin binası qarşısında oturaq etiraz aksiyası keçirilir.
Region
19 İyun , 2019 14:11
Ermənistan parlamentinin qarşısında oturaq etiraz aksiyası keçirilir

Ermənistan parlamentinin binası qarşısında oturaq etiraz aksiyası keçirilir.

“Report” xəbər verir ki, məlumatı “Panorama.am” yayıb.

Aksiyanın keçirilməsini təşkil edən təşəbbüs qrupunun “Facebook” səhifəsində bildirilib: “Bu gün Ermənistan parlamentində “Vergi məcəlləsi”nə dəyişikliklər layihəsi müzakirə olunacaq. Biz bu məsələ ilə bağlı narahatlığı olan hər kəsi və təşkilat nümayəndələrini aksiyaya qoşulmağa çağırırıq”.

Qeyd edək ki, Ermənistanda kiçik və orta biznesin nümayəndələri yeni qanun layihəsindən narazılıq edir, bu sənədin işsizliyin sayının artmasına səbəb olacağını bildirirlər.

Son xəbərlər

Orphus sistemi