Ermənistan parlamentinin növbədənkənar sessiyası keçiriləcək

Ermənistan parlamentinin növbədənkənar sessiyası keçiriləcək "Ermənistan Respublikası hökumətinin strukturu haqqında" qanuna dəyişikliklər müzakirə olunacaq
Region
22 Sentyabr , 2016 14:18
Ermənistan parlamentinin növbədənkənar sessiyası keçiriləcək

Bakı. 22 sentyabr. REPORT.AZ/ Ermənistan parlamentinin növbədənkənar sessiyası keçiriləcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, toplantı sentyabrın 26-na təyin edilib.

Məlumata görə, sessiyanın gündəliyinə "Ermənistan Respublikası hökumətinin strukturu haqqında" qanuna dəyişikliklərin edilməsi ilə bağlı layihə, eləcə də "Vergi Məcəlləsinə əlavə və dəyişiklik edilməsi haqqında" qanun layihəsi salınması təklif olunub.

Həmin iclasda Ermənistan Nazirlər Kabinetinin yeni tərkibinin də təsdiqlənəcəyi gözlənilir. 

Son xəbərlər

Orphus sistemi