Yuxarı

Ermənistan parlamentinin ilk iclasının tarixi açıqlanıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Ermənistanın 7-ci çağırış parlamentinin ilk iclası yanvarın 14-də yerli vaxtla saat 10:00-da keçiriləcək.

“Report” Ermənstan KİV-inə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan yanvarın 4-də qurumun növbədənkənar iclasında bildirib.

Qeyd edək ki, Ermənistan parlamentinə növbədənkənar seçkilər 2018-ci il dekabrın 9-da keçirilib. Nikol Paşinyanın başçılıq etdiyi “Mənim addımım” bloku 132 yerdən 88-ni əldə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi