Bakı. 10 aprel. REPORT.AZ/ Yetərsay olmadığından Ermənistan parlamentinin 5-ci çağırış 11-ci sessiyası keçirilməyib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, iclasda iştirak etmək üçün cəmi 16 deputat qeydiyyatdan keçib.
İnformasiyaya əsasən, sessiyanın keçirilməsi üçün 66 deputat iştirak etməlidir.
Qeyd edək ki, martın 20-23-də də yetərsay olmadığından parlamentin iclası baş tutmamışdı.
Ermənistanın yeni parlamentinin ilk iclası aprelin 27-də keçiriləcək.