Yuxarı
    Bağlamaq

    ​Ermənistan parlamentinin daimi komissiyasının sədri: "Vəzifəli hərbçilərin yeni istefaları və məsuliyyətə cəlb olunması istisna edilmir"

    Fikrimcə, dərin təhlildən sonra uyğun qərar qəbul olunub

    Bakı. 27 aprel. REPORT.AZ/ "Ermənistanın Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahında müvafiq araşdırmalar aparılır. Nəticədə başqa vəzifəlilərin də məsuliyyətə cəlb edilməsi və istefaları istisna edilmir".

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi komisiyyasının sədri Koryun Naapetyan ötən gün yüksək vəzifəli hərbçilərin işdən azad edilməsi ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

    Onun sözlərinə görə, konkret halda bir sıra yüksək rütbəli hərbçilər tutduqları vəzifənin icrasında məsuliyyətsizlik ediblər: "Fikrimcə, dərin təhlildən sonra uyğun qərar qəbul olunub".

    O, işdən azad edilən yüksək vəzifəlilər barəsində hələlik cinayət işinin açılmadığını söyləyib.

    Qeyd edək ki, aprelin 26-da Ermənistan prezidenti Serj Sarqsyanın fərmanına əsasən Ermənistan müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini Alik Mirzabekyan, rabitə xidmətlərinin rəisi general-mayor Komitas Muradyan və Baş Qərargahın kəşfiyyat idarəsinin başçısı Arşak Karapetyan vəzifəsindən azad ediliblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi