​Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir - VİDEO

​Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir - VİDEO Bu gün Ermənistan parlamentinin 4 günlük növbəti sessiyası başlayıb
Region
5 Oktyabr , 2015 14:00
​Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir - VİDEO

Bakı. 5 oktyabr. REPORT.AZ/ Ermənistan parlamentinin binası qarşısında etiraz aksiyası keçirilir.

"Report" xəbər verir ki, bu haqda Ermənistan mətbuatı məlumat yayıb.

Bu gün  Ermənistan parlamentinin 4 günlük növbəti sessiyası başlayıb. Ali qanunverici orqanda konstitusiya layihəsinin səsə qoyulacağı nəzərdə tutlub.

Məlumata görə, deputatların çoxunun əsas qanunla bağlı islahatın lehinə səs verəcəyi gözlənilir.

Parlamentdəki Ermənistan Respublikaçılar Partiyası, "Çiçəklənən Ermənistan" və "Daşnaksütyun" fraksiyaları layihəni dəstəkləyəcəklərini öncədən bildiriblər.

Ermənistan Milli Konqresi və "İrs" təşkilatları isə sənədin parlamentdə təsdiqlənməsinə qarşı çıxırlar. Onlar hesab edir ki, hakimiyyət bu yolla özünün hazırladığı layihəni təsdiqləməyə cəhd edir. 

Son xəbərlər

Orphus sistemi