Bakı. 5 oktyabr. REPORT.AZ/ Ermənistan parlamentinin binası qarşısında keçirilən mitinqdə 20-dən çox aksiyaçı həbs olunub.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Qeyd edək ki, ölkənin konstitusiyasına edilən dəyişiklikliyə əsasən ölkənin idarə edilməsi üsulu dəyişəcək. Hazırda Ermənistan prezidentlik institutu ilə idarə edilir. Dəyişikllikdən sonra ölkənin parlament idarəçiliyinə keçəcəyi gözlənilir.
Parlamentin təsdiqindən sonra konstitusiya islahatı ilə bağlı refendumun keçiriləcəyi gözlənilir.
Xatırladaq ki, "Yox!" blokunun konstitusiya layihəsinin qanunverici orqanda təsdiqinə etiraz olaraq parlamentin binası qarşısında keçirdiyi aksiya davam edir.