Ermənistan parlamentinə ölkənin AİB-dən çıxmasıyla bağlı bəyanat layihəsi təqdim olunub

Ermənistan parlamentinə ölkənin AİB-dən çıxmasıyla bağlı bəyanat layihəsi təqdim olunub Bəyanat layihəsində AİB-ə daxil olmağın Ermənistan üçün təcrid edilmə və xarici investisiyaların azalmasıyla nəticələndiyi bildirilir
Region
14 Aprel , 2016 13:39
Ermənistan parlamentinə ölkənin AİB-dən çıxmasıyla bağlı bəyanat layihəsi təqdim olunub

Bakı. 14 aprel. REPORT.AZ/ "Azad demokratlar" partiyasının sədri Xaçatur Kokobelyan parlamentə "Ermənistan Respublikasının Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünə vaxtından əvvəl xitam verilməsi haqqında" bəyanat layihəsi təqdim edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu qərar Ermənistanın Birliyə üzv olduğu bir il ərzində nəzərdə tutulan addımların, xüsusilə də ölkənin digər dövlətlərlə inteqrasiyasına və əhalinin rifahının yaxşılaşdırılmasına yönəlik tədbirlərin həyata keçirilməməsiylə əsaslandırılır.

Partiya liderinin sözlərinə görə, AİB-yə daxil olduqdan sonra Ermənistanın birlik ölkələrinə ixracatı xeyli azalıb.

Bəyanat layihəsində AİB-ə daxil olmağın Ermənistan üçün təcrid edilmə və xarici investisiyaların azalmasıyla nəticələndiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi