Yuxarı

Ermənistan parlamentində təhlükəsizlik rejimi gücləndirilib

Ermənistan parlamentində təhlükəsizlik rejimi gücləndirilib
Hazırda deputatlar və jurnalistlər parlamentə axın edirlər

Bakı. 17 aprel. REPORT.AZ/ Ermənistan parlamentinin binasında təhlükəsizlik rejimi gücləndirilib, bütün giriş və çıxışlar polis tərəfindən nəzarətə alınıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, hazırda deputatlar və jurnalistlər parlamentə axın edirlər.

Parlamentə aparan bütün yollarda tikanlı məftillərlə maneələr yaradılıb. Yalnız deputatların girişi üçün kiçik mühafizə olunan keçid saxlanılıb.

Yaxın dəqiqələrdə Ermənistan parlamentində xüsusi iclas başlayacaq və ölkə tarixində ilk dəfə deputatlar baş nazir seçəcək.

Xatırladaq ki, Yerevanda Serj Sarqsyanın ölkənin baş naziri təyin olunmasına qarşı etirazlar davam edir. Polis və nümayişçilər arasında yaranan toqquşmalarda 40-dan çox adam yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi