​Ermənistan parlamentində mübahisə düşüb

​Ermənistan parlamentində mübahisə düşüb Parlamentdə 20 dəqiqəlik məcburi fasilə elan edilib
Region
18 May , 2015 15:50
​Ermənistan parlamentində mübahisə düşüb

Bakı. 18 may. REPORT.AZ/ Yaranan mübahisəyə görə 20 dəqiqəlik fasilədən sonra Ermənistan parlamenti işini davam etdirib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV məlumat yayıb.

Xəbərə görə, parlament fasilədən sonra işinə başlamayıb. Belə ki, qurumun sədri Qalust Saakyan iclasın başlanmasını elan edəndə qapı arxasından səs-küy eşidilib.

Məlumata görə, müxalifət təmsilçiləri ölkədə elektirik enerjisinin bahalaşması məsələsinin gündəliyə çıxarılmasını təkilf edib. Q.Saakyan isə onların gündəliyə uyğun çıxış etməsini istəyib.

Parlamentdə mübahisələr bundan sonra qızışıb. Vəziyyət gərginləşdiyindən sədr müxalifətin mikrofonunu söndürüb. Bu da nəticə verməyəndə o, fasilə elan edib.

Qeyd edək ki, Ermənistan Elektrik Şəbəkəsi elektirik enerjisinin qiymətinin 10-12 sentədək bahalaşdırılmasını təklif edir. 

Son xəbərlər

Orphus sistemi