Ermənistan parlamentində hərbçilərdən sığorta fonduna pul yığılması təkilf edilir

Ermənistan parlamentində hərbçilərdən sığorta fonduna pul yığılması təkilf edilir Eqina Bişariyan: "Dağlıq Qarabağda müharibədə iştirak edənlərin çoxu "ehtiyac içində olduqlarından əl açıblar"
Region
16 Noyabr , 2016 19:13
Ermənistan parlamentində hərbçilərdən sığorta fonduna pul yığılması təkilf edilir

Bakı. 16 noyabr. REPORT.AZ/ Ermənistan parlamentindəki 6 fraksiyadan 4-ü hərbçilərin sığorta fonduna 1 000 dram (2 dollar) məbləğində maliyyə yardımının toplanması haqqında qanun layihəsinin lehinə çıxış ediblər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, layihənin əleyhinə Erməni Milli Konqresi çıxıb.

Layihənin lehinə çıxş edənlərdən biri, “Orinats yerkir” fraksiyasının sədri Eqina Bişariyan deyib: “Vətəndaşların gəlirindən kəsib büdcənin boş olduğunu onlara demək olmaz”.

Onun sözlərinə görə, Dağlıq Qarabağda müharibədə iştirak edənlərin çoxu "ehtiyac içində olduqlarından əl açıblar".

Erməni Milli Hərəkatı fraksiyasının lideri Levon Zurabyan bildirib ki, müdafiə qüdrəti ilk növbədə korrupsiyasız güclü iqtisadiyyat deməkdir: "Korrupsiya Ermənistanı, Dağlıq Qarabağı, elə özünüzü də məhv edəcək”.

Son xəbərlər

Orphus sistemi