Ermənistan parlamenti ölkənin Avrasiya İttifaqından çıxması haqqında qanun layihəsinə baxacaq

Ermənistan parlamenti ölkənin Avrasiya İttifaqından çıxması haqqında qanun layihəsinə baxacaq Müxalifət bununla bağlı parlamentə qanun layihəsi təqdim edib
Region
3 Oktyabr , 2017 13:38
Ermənistan parlamenti ölkənin Avrasiya İttifaqından çıxması haqqında qanun layihəsinə baxacaq

Bakı. 3 oktyabr. REPORT.AZ/ Ermənistan parlamenti ölkənin Avrasiya İqtisadi İttifaqından çıxması haqqında qanun layihəsinə oktyabrın 3-də keçirilən iclasında baxacaq.

“Reort” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu parlamentin sədri Ara Babloyan bildirib.

“Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası sənədə baxaraq mənfi rəy bildirsə də, həmin qanun layihəsinə bu gün növbədənkənar qaydada baxılacaq”, - o vurğulayıb.

Qeyd edək ki, müxalifət Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması haqqında parlamentə qanun layihəsi təqdim edib. 

Son xəbərlər

Orphus sistemi