​Ermənistan parlamenti hakimiyyət böhranını müzakirə edib

​Ermənistan parlamenti hakimiyyət böhranını müzakirə edib Levon Zurabov: "Hakimiyyət ölkə həyatının bütün sahələrində uğursuzluğa uğrayıb"
Region
24 Fevral , 2015 20:43
​Ermənistan parlamenti hakimiyyət böhranını müzakirə edib

Bakı. 24 fevral. REPORT.AZ/ Ermənistan parlamenti hakimiyyət böhranı layihəsini müzakirə edir.

"Report" "Exo Kafkaz"a istinadən xəbər verir ki, layihə parlament "üçlüyü" - "Çiçəklənən Ermənistan", "İrs" və Ermənistan Milli Konqresi (EMK) tərəfindən 2014-cü ilin oktyabrında təqdim edilib.

EMK fraksiyasının rəhbəri Levon Zurabov deyib ki, hakimiyyət ölkə həyatının bütün sahələrində - iqtisadiyyat, sosial, daxili və xarici siyasətdə uğursuzluğa uğrayıb: "Bu da ölkədən kütləvi axına səbəb olub. Gecikmək olmaz, mövcud şəraitdən çıxış yolu tapmaq lazımdır".

Müzakirələrin kəskinliyi hakimiyyətlə müxalifət arasında deyil, müxalifət daxilində də parçalanmaya səbəb olub. Layihənin həmmüəlliflərindən biri, "Çiçəklənən Ermənistan" fraksiyası ölkədə vəziyyətin gərginliyini və daxili şəraitin ağırlığını əsas göstərərək iclası boykot edib.

Son xəbərlər

Orphus sistemi