Ermənistan parlamenti deputatların bir neçə ildir anlaya bilmədiyi sistemi ləğv edəcək

Ermənistan parlamenti deputatların bir neçə ildir anlaya bilmədiyi sistemi ləğv edəcək Bakı. 18 oktyabr. REPORT.AZ/ Oktyabrın 22-də Ermənistan parlamentinə yeni seçki kodeksi (qanunlar külliyyatı-red) layihəsi qəbul ediləcək.
Region
18 Oktyabr , 2018 02:24
Ermənistan parlamenti deputatların bir neçə ildir anlaya bilmədiyi sistemi ləğv edəcək

Bakı. 18 oktyabr. REPORT.AZ/ Oktyabrın 22-də Ermənistan parlamentinə yeni seçki kodeksi (qanunlar külliyyatı-red) layihəsi qəbul ediləcək.

"Report" xəbər verir ki, bu barədə "İzvestiya.ru"ya ölkə parlamentinin Vətəndaş Sazişi Partiyasından olan deputatı Alen Simonyan bildirib.

Onun sözlərinə görə, layihəyə əsasən əhəmiyyətli dəyişiklik reytinq sisteminin ləğvi olacaq. Hansının ki, iş prinsipini bir neçə il ərzində heç kim anlamayıb. Həmçinin dəyişikliyə əsasən parlamentə keçidi 1 faiz azaltmaq planlaşdırılır.

Bundan başqa, sənəd parlamentdə azı dörd partiyanın daimi nümayəndəliyini təsbit edəcək.

Yeni seçki kodeksi üzrə səsvermə parlamentdə dekabrın 9-10-da keçirilə bilər.

Son xəbərlər

Orphus sistemi