Ermənistan ordusunun zabiti 45 yaşlı hərbçini öldürdüyü üçün həbs edilib

Ermənistan ordusunun zabiti 45 yaşlı hərbçini öldürdüyü üçün həbs edilib Hadisə ilə bağlı cinayət işi başlanılıb
Region
26 İyun , 2018 09:29
Ermənistan ordusunun zabiti 45 yaşlı hərbçini öldürdüyü üçün həbs edilib
0 : 00
0 : 00

Bakı. 26 iyun. REPORT.AZ/ Ermənistan ordusunun 45 yaşlı müqavilə əsasında xidmət edən hərbçi Ovanes Melkonyanın ölümündə təqsirli bilinən bölük komandirinin müavini həbs edilib.

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu məlumatı ölkənin İstintaq Komitəsi yayıb.

Bildirilib ki, adı açıqlanmayan komandir müavini iyunun 22-də müqavilə əsasında xidmət edən başqa bir hərbçini avtomat silahı ilə döyüş postunda Melkonyana atəş açaraq yaralayıb.

Hadisə ilə bağlı cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi