Yuxarı

​Ermənistan ordusunun iki əsgəri öz hərbçi yoldaşlarını güllələyərək öldürüb

Atəş açan hər iki əsgər tutulub və barələrində cinayət işi açılıb

Bakı. 22 aprel. REPORT.AZ/ Ermənistan ordusunun müddətli hərbi xidmətdə olan iki hərbçisi öz əsgər yoldaşları tərəfindən öldürülüb.

"Report" "Novosti-Armeniya"ya istinadən xəbər verir ki, bu haqda ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Xəbərə əsasən, Bareyan soyadlı əsgər avtomat silahdan "ehtiyatsız davranaraq", sıravi Spartak Kalaşyana atəş açıb. O, kəllə nahiyəsindən aldığı güllə yarasından ölüb.

Məlumata görə, "UAZ" markalı avtomobilin sürücüsü, müddətli hərbi xidmətdə olan əsgər Karen Aqabekyan maşındakı sıravi P.Yeqoryanın avtomatdan açdığı atəş nəticəsində ölüb.

Atəş açan hər iki əsgər tutulub və barələrində cinayət işi açılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi