Ermənistan ordusunun hərbçisi güllə yarasından ölüb

Ermənistan ordusunun hərbçisi güllə yarasından ölüb O, ölkənin Vayotsdzor vilayətinin Vayk şəhərindək hərbi hissədə qulluq edirmiş
Region
21 Aprel , 2017 15:00
Ermənistan ordusunun hərbçisi güllə yarasından ölüb

Bakı. 21 aprel. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin müddətli hərbiçisi, kiçik çavuş Narejk Zavenoviç Akopyan qeyri-döyüş şəraitində aldığı güllə yarasından ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan təsdiqləyib.

İnformasiyaya əsasən, o, ölkənin Vayotsdzor vilayətinin Vayk şəhərindəki hərbi hissədə qulluq edib. Kiçik çavuş xidməti avtomat silahını təmizləyərkən, təhlükəsizlik qaydalarına əməl etmədiyindən atəş açılıb. O, aldığı güllə yarasından ölüb.

Narek Akopyan 1986-cı ildə Vayotsdzor vilayətinin Arpa kəndində anadan olub.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi