Ermənistanın intihara cəhd göstərən hərbçisi xəstəxanada ölüb - YENİLƏNİB

Ermənistanın intihara cəhd göstərən hərbçisi xəstəxanada ölüb - YENİLƏNİB Ermənistanda intihara cəhd göstərən hərbçi Narek Safaryan xəstəxanada ölüb.
Region
18 Aprel , 2019 13:32
Ermənistanın intihara cəhd göstərən hərbçisi xəstəxanada ölüb - YENİLƏNİB
0 : 00
0 : 00

Ermənistanda intihara cəhd göstərən hərbçi Narek Safaryan xəstəxanada ölüb. 

“Report” “Newsarmenia”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti yayıb. 

Bildirilib ki, o, hərbi hissənin silah saxlanılan otağında özünü güllələyib. Hadisə ilə bağlı “intihar həddinə çatdırma” maddəsi üzrə cinayət işi başlanılıb.


*** 11:47

Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbçisi döş qəfəsinin sol nahiyəsindən güllə yarası alaraq hospitala yerləşdirilib.

“Report” xəbər verir ki, bu məlumatı “Novosti Armeniya” yayıb.

Hadisə Yerevan yaxınlığındakı hərbi hissələrdən birində baş verib. Hərbçinin intihara cəhd etdiyi ehtimal olunur.

Bildirilib ki, 24 yaşlı hərbçi Narek S. Ermənistanın Kotayk vilayətinin sakinidir. Onun uniformasının cibindən qeyd aşkarlanıb.

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis nümayəndələri və Xüsusi İstintaq Komitəsinin müstəntiqləri hospitala gediblər.

Hadisənin səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi