Ermənistan ordusunun əsgəri müəmmalı şəkildə ölüb

Ermənistan ordusunun əsgəri müəmmalı şəkildə ölüb Bakı. 4 may. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin əsgəri Artur Qasparyan müəmmalı şəkildə ölüb.
Region
4 May , 2018 11:23
Ermənistan ordusunun əsgəri müəmmalı şəkildə ölüb

Bakı. 4 may. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin əsgəri Artur Qasparyan müəmmalı şəkildə ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 1998-ci ildə anadan olmuş Artur Qasparyan başından aldığı güllə yarasından ölüb. Lakin nazirlik əsgərin harada öldüyünü açıqlamayıb.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi