Yuxarı

Ermənistan ordusunun Baş Qərargah rəisi müavininin oğlu yol qəzasında ölüb

Ermənistan ordusunun Baş Qərargah rəisi müavininin oğlu yol qəzasında ölüb
Robert Qalstyanın idarə etdiyi “Kia Sorento” markalı avtomobili yoldan çıxaraq Getar çayına düşüb

Bakı. 16 yanvar. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini general-leytenant Stepan Qalstyanın oğlu Robert Qalstyan yol qəzasında ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə yanvarın 16-da səhər saatlarında paytaxt Yerevanda baş verib.

R.Qalstyanın idarə etdiyi “Kia Sorento” markalı avtomobili yoldan çıxaraq Getar çayına düşüb. Sürücü hadisə yerində ölüb. Avtomobildə olan A.Ter-Petrosyan isə xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi