​Ermənistan ordusunun Baş Qərargah rəisi xəstəxanaya yerləşdirilib

​Ermənistan ordusunun Baş Qərargah rəisi xəstəxanaya yerləşdirilib Mayın 13-də Yerevanda keçirilən etiraz aksiyasında Yuri Xaçaturovun istefası tələb olunurdu
Region
3 İyun , 2016 13:43
​Ermənistan ordusunun Baş Qərargah rəisi xəstəxanaya yerləşdirilib

Bakı. 3 iyun. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Yuri Xaçaturov xəstəxanaya yerləşdirilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, ölkə Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, Y.Xaçaturov cərrahiyyə əməliyyatı olunub.

O, Baş Qərargah rəisinin nədən əməliyyat olunduğunu söyləməyib.

Məlumata görə, Y.Xaçaturov Ermənistan Müdafiə Nazirliyinin hərbi hospitalında müalicəsini davam etdirir.

Qeyd edək ki, mayın 13-də Yerevanda keçirilən etiraz aksiyasında xarici işlər naziri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyanla yanaşı, Yuri Xaçaturov və onun müavini Aykaz Baqmanyanın istefası tələb olunurdu. 

Son xəbərlər

Orphus sistemi