​Ermənistan ordusunun 5 hərbçisi qəzaya düşüb: 3 ölü, 2 yaralı

​Ermənistan ordusunun 5 hərbçisi qəzaya düşüb: 3 ölü, 2 yaralı Qəza "Opel" markalı avtomobilin yoldan çıxaraq, dərəyə yuvarlanması nəticəsində baş verib
Region
10 Mart , 2016 11:47
​Ermənistan ordusunun 5 hərbçisi qəzaya düşüb: 3 ölü, 2 yaralı

Bakı. 10 mart. REPORT.AZ/ Yerevan-Mehri avtomobil yolunda baş verən yol-nəqliyyat qəzası nəticəsində Ermənistan ordusunun müqavilə əsasında xidmət edən 3 hərbçi ölüb, ikisi yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Hadisə nəticəsində ölən hərbçilərin adları da açıqlanıb: 30 yaşlı Karen Karapetyan (Armavir vilayətinin Şenavan kənd sakini), 35 yaşlı Vaan Qukasyan (Ararat vilayəti, Ayqezard kəndi), 30 yaşlı Ruslan Arutuyunyan (Armavir vilayəti Sisi kəndi).

Məlumata görə, qəza Karen Karapetyanın idarə etdiyi "Opel" markalı avtomobilin yoldan çıxaraq, dərəyə yuvarlanması nəticəsində baş verib. 

Son xəbərlər

Orphus sistemi