Ermənistan ordusunun 4 zabiti ölkənin Hərbi Polisinin əməkdaşını döyüblər

Ermənistan ordusunun 4 zabiti ölkənin Hərbi Polisinin əməkdaşını döyüblər Hərbi polis əməkdaşına hücum edən zabitlər tutulub
Region
17 İyun , 2016 11:38
Ermənistan ordusunun 4 zabiti ölkənin Hərbi Polisinin əməkdaşını döyüblər

Bakı. 17 iyun. REPORT.AZ/ Ermənistan ordusunun 4 zabiti ölkənin Hərbi Polisinin əməkdaşını döyüblər.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə Vardanes rayonunda baş verib.

Məlumata görə, Hərbi Polisin əməkdaşı Andranik Matevosyan ordu zabitlərinin olduğu avtomobili saxlayıb. Bu zaman onlar arasında mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib və Hərbi Polisin əməkdaşı döyülüb. 

İnfromasiyada bildirilib ki, hərbi polis əməkdaşına hücum edən zabitlər tutulub. Onlar barəsində Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə zor tətbiq etmək maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi