​Ermənistan ordusunun 10 yüksək rütbəli zabiti istefaya göndərilib

​Ermənistan ordusunun 10 yüksək rütbəli zabiti istefaya göndərilib Onlara zabit xəncəri mükafat olaraq verilib
Region
9 Avqust , 2016 11:31
​Ermənistan ordusunun 10 yüksək rütbəli zabiti istefaya göndərilib

Bakı. 9 avqust. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin 10 yüksək rütbəli zabiti istefaya göndərilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, polkovniklər Rafiq Beqlaryan, Avetik Arutyunyan, Karen Sarkisyan, Artur Kazaryan, Qarnik Barseqyan, Mkrtıç Qabrileyan, Seryoja Tavaratsyan, Artur Arustamyan, Stanislav Ovannisyan, Vardan Xaçatryan zabit xəncəri ilə mükafatlandırılaraq, istefaya göndəriliblər.

Xəbərə görə, onlar Ermənistan ordusunda keçirilən kadr islahatı ilə əlaqədar tutduqları vəzifədən azad ediliblər. 

Son xəbərlər

Orphus sistemi