Ermənistan ordusunda qətl və intihar hallarının sayı 4 dəfə çoxalıb

Ermənistan ordusunda qətl və intihar hallarının sayı 4 dəfə çoxalıb Ölüm hallarının 20-si Ermənistan, 126-sı isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş verib
Region
5 Oktyabr , 2016 15:04
Ermənistan ordusunda qətl və intihar hallarının sayı 4 dəfə çoxalıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Ötən illə müqayisədə 2016-cı ildə Ermənistan ordusunda qətl və intihar halları 4 dəfə çoxalıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, rəsmi mənbələr 2015-ci ildə 3 qətl, 5 intihar hadisəsi qeydə alıbsa, bu ilin ilk 9 ayında qətllərin sayının 12-yə, intharın sayının isə 10-a çatdığını etiraf edib.

Helsinki Vətəndaş Assambleyasının Ermənistandakı ofisinin məlumatına əsasən, cari ildə Ermənistan ordusunda 146 ölüm faktı qeydə alınıb: "Onların 77-si aprelin 1-5-i tarixləri arasında gedən döyüşlərə, 69 fakt isə bədbəxt hadisə, təbii fəlakət, qətl, intihar və atəşkəs rejiminin pozulmasına aiddir".

Ofisin hesabatına görə, ölüm hallarının 20-si Ermənistan, 126-sı isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində baş verib.  

Son xəbərlər

Orphus sistemi