Ermənistan ordusunda keyfiyyətli ərzaq, su və tibbi xidmətlə bağlı problemlər yaranıb

Ermənistan ordusunda keyfiyyətli ərzaq, su və tibbi xidmətlə bağlı problemlər yaranıb Araşdırmaların nəticəsi olaraq “Ermənistanda erməni ordusunun sağlamlıq hüququnun əsas məqamları” kitabı dərc edilib
Region
29 Avqust , 2017 17:36
Ermənistan ordusunda keyfiyyətli ərzaq, su və tibbi xidmətlə bağlı problemlər yaranıb

Bakı. 29 avqust. REPORT.AZ/ Ermənistanın “Demokratiya bu gün” İctimai Təşkilatı ordudan tərxis edilən 200 hərbi qulluqçu arasında sorğu keçirib.

"Report" xəbər verir ki, araşdırmaların nəticəsi olaraq “Ermənistanda erməni ordusunun sağlamlıq hüququnun əsas məqamları” kitabı dərc edilib.

Kitabın müəlliflərindən biri Anna İşxanyan jurnalistlərə açıqlamasında bildirib ki, bəzi hərbi hissələrdə, döyüş mövqelərində keyfiyyətli ərzaq, qarşılıqlı nizamnamə qaydaları, tibbi xidmət, təmiz su və digər sahələrdə çoxlu problemlər mövcuddur. Onun sözlərinə görə, bunu ordudan tərxis olunan hərbçilər deyiblər. 

Sorğuda iştirak edənlər döyüş növbətçiliyi həyata keçirən hərbi hissələrdə psixoloqların olmasını vacib hesab etdiklərini qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi