Ermənistan ombudsmanı: “Qətllərin 17 faizi məişət zorakılığı nəticəsində baş verib”

Ermənistan ombudsmanı: “Qətllərin 17 faizi məişət zorakılığı nəticəsində baş verib” Ötən il “Qaynar xətt”ə məişət zorakılığı haqqında 5 000 zəng daxil olub
Region
31 Yanvar , 2017 15:22
Ermənistan ombudsmanı: “Qətllərin 17 faizi məişət zorakılığı nəticəsində baş verib”

Bakı. 31 yanvar. REPORT.AZ/ “Ermənistanda qətllərin 17 faizi məişət zorakılığı nəticəsində baş verir”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə ombudsmanı, İnsan hüquq müdafiəsi təşkilatının sədri Arman Tatoyan “Qadınlara qarşı zorakılığın qarşısının alıması” mövzusunda Yerevanda keçirilən seminardakı çıxşında bildirib.

“Hüquq-mühafizə orqanlarının rəsmi statistikasına əsasən, məişət zorakılıqlarının sayı artır. Bu sahədə törədilən cinayətlər bir çox hallarda gizlədilir” - Arman Tatoyan vurğulayıb.

Məlumata görə, “Qadın zorakılığına qarşı” koalisiyanın əlaqələndiricisi Zarui Ovannisyan bildirib ki, 2015-ci ildə Ermənistan İstintaq Komitəsinin ölümlə bağlı araşdırdığı 16 cinayət işindən 10-u qadın qətlidir: “2016-cı ildə keçirdiyimiz monitorinq nəticəsində onlarla qadının qətlə yetirildiyini aşkarladıq. Ötən il “qaynar xətt”ə məişət zorakılığı haqda 5 min telefon zəngi edilib ki, bu da 2015-ci illə müqayisədə iki dəfə çoxdur”.

Son xəbərlər

Orphus sistemi