Ermənistan müxalifətinin lideri ölkə prezidenti ilə görüşüb

Ermənistan müxalifətinin lideri ölkə prezidenti ilə görüşüb Paşinyan bu gün saat 12:00-da Karen Karapetyanla da görüşməyi təklif edib
Region
27 Aprel , 2018 10:53
Ermənistan müxalifətinin lideri ölkə prezidenti ilə görüşüb

Bakı. 27 aprel. REPORT.AZ/ Ermənistan müxalifətinin lideri Nikol Paşinyan ölkə prezidenti Armen Sarkisyanla görüşüb.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

"Ölkədə yaranmış vəziyyəti və mümkün həll yollarını müzakirə etdik", - N.Paşinyan "Facebook" səhifəsində yazıb.

O deyib ki, A.Sarkisyan həmçinin 2011-ci ilin dekabrında Böyük Britaniya vətəndaşlığını itirdiyini təsdiqləyən sənəd təqdim edib.

Qeyd edək ki, N.Paşinyan həmçinin bu gün saat 12:00-da Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Karen Karapetyanla görüşməyi təklif edib.

Eyni zamanda, bu gün axşam saatlarında Gümrü və Vanadzorda növbəti mitinqlərin keçiriləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi