Ermənistan müxalifəti vətəndaşları hakimiyyəti dəyişmək tələbi ilə küçələrə çıxmağa çağırır

Ermənistan müxalifəti vətəndaşları hakimiyyəti dəyişmək tələbi ilə küçələrə çıxmağa çağırır "İrs" Partiyası: "Müvəqqəti hökumət yatamağı tələb edirik"
Region
28 İyul , 2016 18:07
Ermənistan müxalifəti vətəndaşları hakimiyyəti dəyişmək tələbi ilə küçələrə çıxmağa çağırır

Bakı. 28 iyul. REPORT.AZ/ Yerevanda post-patrul xidməti alayının binasının silahlı şəxslər tərəfindən ələ keçirilməsindən sonra Ermənistanın "İrs" müxalifət partiyası ölkədə hakimiyyət dəyişikliyi tələbi ilə çıxış edib.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Biz bu ilin dekabr ayında növbədənkənar prezident və parlament seçkiləri hazırlayıb keçirəcək müvəqqəti hökumət yatamağı tələb edirik. Vətəndaşlarımızı küçələrə çıxıb qanunsuz hakimiyyətə qarşı mitinqlərdə iştirak etməyə çağırırıq", - partiyanın bəyanatında deyilir.

Müxalifət, həmçinin beynəlxalq ictimaiyyəti hakimiyyət tərəfindən insan hüquqlarının kütləvi pozulması hallarına reaksiya verməyə çağırıb.

Qeyd edək ki, növbəti etiraz aksiyası bu gün Yerevandakı Azadlıq meydanında yerli vaxtla saat 20:00-a planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi