Yuxarı

Ermənistan müxalifəti referendumun gedişində saxtakarlıq olduğunu bəyan edib

Yox! müxalifət hərəkatının qərargah rəhbərinin sözlərinə görə, referendumda saxtakarlıq həcmi 500 min səsə çatır

Bakı. 7 dekabr. REPORT.AZ/ Ermənistan müxalifəti bazar günü prezident idarəetmə üsulunun parlament idarəermə üsuluna dəyişdirilməsi ilə əlaqədar keçirilmiş referendum zamanı böyük miqyasda saxtakarlıq edildiyini bəyan edib. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, "Yox!" müxalifət hərəkatının qərargah rəhbəri, "Erməni Milli Konqresi" partiyasının sədr müavini, bu partiyanın parlament fraksiyasının rəhbəri Levon Zurabyanın qiymətləndirməsinə görə, referendumda saxtakarlığın həcmi 500 min səsə çatır.

Onun sözlərinə görə, bunu MSK-nın rəsmi məlumatına görə, seçkidə 1,3 milyon nəfərin iştirak etməsinin qeyd olunması sübut edir.

"Xatırlatmaq istəyirəm ki, Ermənistan dörd dəfə konstitusiya referendumu keçirib. 1995-ci ildə rəsmi məlumatlara görə, 1,2 milyon adam referendumda iştirak edib, 2003-cü ildə də elə bir o qədər olub, 2005-ci ildə isə müxalifət seçkiləri boykot etsə də, əhali ümumiyyətlə, seçki məntəqələrinə getməsə də, hakimiyyət orqanları 1,5 milyon insanın qatıldığını açıqlamışdı. Yəni bu, uydurma rəqəmdir", - Zurabyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, rəsmi olaraq Ermənistanı 300 min adam tərk etdikdən sonra referenduma 1,3 milyon vətəndaşın cəlb olunmasını açıqlamaq yalanı üzə çıxarır: "Bu, demoqrafik göstəricilərlə uyğun deyil".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi