Ermənistan müxalifəti parlament seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsində ləğv etdirmək niyyətindədir

Ermənistan müxalifəti parlament seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsində ləğv etdirmək niyyətindədir Müxalifət partiyaları blokunun nümayəndələri səsvermənin nəticələrini tanımadıqları barədə ərizə təqdim edəcək
Region
14 Aprel , 2017 11:46
Ermənistan müxalifəti parlament seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsində ləğv etdirmək niyyətindədir

Bakı. 14 aprel. REPORT.AZ/ Ermənistan müxalifəti bu gün aprelin 2-də ölkədə keçirilmiş parlament seçkilərinin nəticələri ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, "Ermənistan Milli Konqresi - Ermənistan Xalq Partiyası" (EMK-EXP) partiyalar blokunun nümayəndələri yaxın saatlarda ölkənin ən yüksək məhkəmə instansiyasına səsvermənin nəticələrini tanımadıqları barədə ərizə təqdim edəcəklərini açıqlayıblar.

Ermənistan qanunvericiliyinə əsasən, ümumxalq səsverməsinin nəticələrindən məhz bu gün - səsvermənin nəticələri elan olunduqdan sonrakı 5-ci gün, saat 18:00-dək şikayət etmək mümkündür.

Qeyd edək ki, rəsmi məlumatlara görə, parlament seçkilərində Ermənistan prezidenti Serj Sarqsyanın başçılıq etdiyi Respublikaçılar Partiyası qalib gəlib. Bu partiya parlamentin yeni, altıncı çağırışında 105 mandatdan 58-nə sahib çıxıb. Qanunverici orqanda daha 3 siyasi qüvvə yer alacaq: "Tsarukyan" (31 mandat) və "Elk" ("Çıxış") (9 mandat) partiyalarının mərkəzçi bloku, eləcə də solçu-millətçi "Daşnaksütyun" partiyası (7 mandat).

Əlavə edək ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi EMK-EXP bloku seçkilərdə səslərin 1,6%-ni toplamaqla 7-ci yeri tutub.

Son xəbərlər

Orphus sistemi