Ermənistan müxalifəti müddətsiz etiraz aksiyasına başlayıb

Ermənistan müxalifəti müddətsiz etiraz aksiyasına başlayıb Polis əməkdaşları ilə qarşıdurma nəticəsində 2 nəfər saxlanılıb
Region
2 Dekabr , 2015 02:59
Ermənistan müxalifəti müddətsiz etiraz aksiyasına başlayıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Ermənistan müxalifəti Yerevanın mərkəzində konstitusiya islahatına qarşı təşkil olunan etiraz aksiyasının müddətsiz olacağını bəyan edib. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda aksiyanın təşkilatçısı olan "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi Vahid Qərargahı məlumat yayıb.

Ötən axşam 18:00-da başlayan aksiya hazırda da davam edir. Şəhərin mərkəzində polis birliklərinin sayı artırılıb. Yerevan meriyası müxalifət tərəfdarlarına çadır qurmağa qadağan edib.

Ötən axşam Yerevanda keçirilən mitinq də insidentsiz ötüşməyib. Polis əməkdaşları ilə qarşıdurma nəticəsində 2 müxalifət fəalı saxlanılıb.

Qeyd edək ki, dekabrın 6-da Ermənistanda yeni konstitusiya ilə bağlı referendum keçiriləcək. Müxalifət liderləri bu referendumun ləğv edilməsini, ölkə rəhbərliyinin isə istefa verməsini tələb edir.

Son xəbərlər

Orphus sistemi