Yuxarı
    Bağlamaq

    Ermənistan müxalifəti "məxməri inqilab" komitəsinin yaradıldığını elan edib

    Ölkədə dövlət idarələrinin blokadasına çərşənbə günündən başlanacaq

    Bakı. 17 aprel. REPORT.AZ/ Ermənistanın sabiq prezidenti Serj Sarqsyana qarşı etiraz aksiyasına rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan "məxməri inqilab" komitəsinin yaradıldığını elan edib.

    “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, həmçinin bəyan edib ki, ölkədə dövlət idarələrinin blokadasına çərşənbə günündən başlanacaq və onun tərəfdarları İrəvan küçələrində hakimiyyət nümayəndələri üçün buraxılış məntəqələri yaratmaq niyyətindədirlər.

    Müxalifət mitinqdən sonra İrəvanın küçələri ilə yürüşə başlayacaq. Eyni zamanda Paşinyan etirazçıları küçələrdə qalmamağa çağırıb.

    "Yürüşü keçirib Respublika meydanına qayıdırıq, musiqiyə qulaq asıb gecələmək üçün evə gedirik", - deyə o bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi