Ermənistan müxalifəti etiraz aksiyalarını bu gün davam etdirəcək

Ermənistan müxalifəti etiraz aksiyalarını bu gün davam etdirəcək Bakı. 23 aprel. REPORT.AZ/ Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın ölkənin baş naziri seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının iştirakçıları hərəkat liderlərinin saxlanılmasına baxmayaraq, yürüş və nümayişləri davam etdirəcəklər.
Region
23 Aprel , 2018 08:16
Ermənistan müxalifəti etiraz aksiyalarını bu gün davam etdirəcək

Bakı. 23 aprel. REPORT.AZ/ Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın ölkənin baş naziri seçilməsinə qarşı keçirilən etiraz aksiyalarının iştirakçıları hərəkat liderlərinin saxlanılmasına baxmayaraq, yürüş və nümayişləri davam etdirəcəklər.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu bazar günü İrəvanda keçirilən mitinqdə "Vətəndaş müqaviləsi" Partiyasının nümayəndəsi Ruben Rubenyan deyib.

"Əvvəlki günlərdə olduğu kimi, bizim mərkəzdən kənarlaşdırılmış aksiyalarımız 08.15 (Bakı vaxtı ilə eynidir) başlayacaq. O, tamamilə dinc xarakter daşıyacaq", — R.Rubenyan bildirib.

Son xəbərlər

Orphus sistemi