Ermənistan müxalifəti bu gün yenidən etiraz aksiyası keçirir - VİDEO - YENİLƏNİB

Ermənistan müxalifəti bu gün yenidən etiraz aksiyası keçirir - VİDEO - YENİLƏNİB Nikol Paşinyan: "Nümayişçiləri dəstəkləmək üçün Martunidən Yerevana maşın karvanı gəlir"
Region
25 Aprel , 2018 12:02
Ermənistan müxalifəti bu gün yenidən etiraz aksiyası keçirir - VİDEO - YENİLƏNİB
Sputnik

Bakı. 25 aprel. REPORT.AZ/ Yerevanda etirazçılar paytaxtın bir neçə mərkəzi küçəsini bağlayıblar, təhlükəsizlik qüvvələri və xüsusi vasitələrin əraziyə toplaşması müşahidə olunur.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, müxalifət lideri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan etirazların davam edəcəyini açıqlayıb və bu gün saat 19:00-da Respublika Meydanında mitinq keçiriləcəyi elanını verib. O qeyd edib ki, nümayişçiləri dəstəkləmək üçün Martunidən Yerevana maşın karvanı gəlir.

Polis müxalifətin mitinqinin keçirildiyi Respublika Meydanı ərazisindəki bütün hökumət binalarına nəzarəti ələ alıb.

Parlamentin "Tsarukyan" müxalifət fraksiyasının katibi Vaqe Enfiacyan "Facebook" səhifəsində etiraz aksiyasına qoşulduğunu yazıb və partiya yoldaşlarını da hərəkata dəstək verməyə çağırıb.


*** 11:16

Ermənistanda müxalifətçilər yenidən paytaxt Yerevanın "Respublika" meydanına toplaşmağa başlayıblar. 

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Bu gün paytaxtda yeni etiraz aksiyası keçiriləcək. Mitinqdə müxalifət lideri, deputat Nikol Paşinyanın çıxış edəcəyi gözlənilir.

Xatırladaq ki, N.Paşinyan daha əvvəl aprelin 25-də hökumətlə danışıqları davam etdirəcəyini bildirib, lakin aprelin 24-də axşam bu görüşün baş tutmayacağı aydın olub. N.Paşinyan Ermənistanın hakim Respublika Partiyasının Serj Sarqsyanın istefası bahasına hakimiyyəti saxlamaq istədiyini bildirirək, etiraz aksiyalarının davam etdiriləcəyini söyləyib.

Müxalifətçi aprelin 25-də də etiraz aksiyalarını davam etdirməyə və republikaçıların hakimiyyətdə qalmasına icazə verməməyə çağırış edib.

Son xəbərlər

Orphus sistemi