Ermənistan Müdafiə Nazirliyi yaralı əsgərin müalicəsi üçün pul tapmır

Ermənistan Müdafiə Nazirliyi yaralı əsgərin müalicəsi üçün pul tapmır KİV Müdafiə Nazirliyinin məsələ ilə bağlı açıqlamasını məntiqsiz adlandırıb
Region
2 Noyabr , 2016 10:22
Ermənistan Müdafiə Nazirliyi yaralı əsgərin müalicəsi üçün pul tapmır

Bakı. 2 noyabr. REPORT.AZ/ Ermənistanın Müdafiə Nazirliyi yaralı əsgəri Avetis Zarqaryanın Hindistanda müalicəsi üçün pul tapmır.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, işğal altında olan Azərbaycan torpaqlarında gedən döyüşlərdə yaralanıb.

Nazirlik məsələ ilə bağlı açıqlamasında A.Zarqaryanın Moskvadan Dehliyə 9 saatlıq uçuşa dözməyəcəyini də bildirib.

Ermənistan KİV-i Müdafiə Nazirliyinin əsgərin müalicəsi ilə bağlı açıqlamasını məntiqsiz adlandıraraq, yazıb: “Açıqlamanın” məntiqi tam aydın deyil. Ona görə də təyyarə yaralını Moskvayadək apara bilərsə, o zaman niyə bu Dehliyədək mümkün deyil?!”

Son xəbərlər

Orphus sistemi