Ermənistan MTX-nin İstintaq şöbəsinin rəisi işdən çıxarılıb

Ermənistan MTX-nin İstintaq şöbəsinin rəisi işdən çıxarılıb Bu qərar onun təqaüdə çıxması ilə bağlıdır
Region
4 Avqust , 2016 15:54
Ermənistan MTX-nin İstintaq şöbəsinin rəisi işdən çıxarılıb

Bakı. 4 avqust. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) İstintaq şöbəsinin rəisi Mnatsakan Maruxyan tutduğu vəzifədən azad edilib.

Bu barədə "Report" "News.am" portalına istinadən xəbər verir.

Qeyd olunur ki, bu qərar M.Maruxyanın təqaüdə çıxması ilə bağlıdır.

Bu vəzifəyə yeni təyinat da olub. Belə ki, buna qədər Ermənistan MTX-nin İstintaq şöbəsinin rəis müavini işləyən Mikael Ambartsumyan şöbə rəisi təyin edilib.

Son xəbərlər

Orphus sistemi