Ermənistan MTX: "Metsamor" AES-in rəhbərliyi cinayət dəstəsi yaradıb və dövlətə ciddi ziyan vurub

Ermənistan MTX: "Metsamor" AES-in rəhbərliyi cinayət dəstəsi yaradıb və dövlətə ciddi ziyan vurub Faktla bağlı cinayət işi məhkəməyə göndərilib
Region
14 İyul , 2016 16:56
Ermənistan MTX: Metsamor AES-in rəhbərliyi cinayət dəstəsi yaradıb və dövlətə ciddi ziyan vurub

Bakı. 14 iyul. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) İstintaq İdarəsi Metsamordakı "Ermənistan Atom Elektrik Stansiyası" QSC üçün satınalmaların təşkili zamanı aşkarlanmış sui-istifadə faktı üzrə ibtidai istintaqı başa vurub.

"Report" "Tert.am" portalına istinadən xəbər verir ki, ibtidai istintaq zamanı "Metsamor" AES-in baş direktoru, kommersiya direktoru, baş direktorunun maliyyə və iqtisadiyyat üzrə müavini və QSC-nin digər şöbələrinin rəhbərlərinin mütəşəkkil cinayətkar qruplaşma yaratdıqları və xidməti mövqelərindən istifadə edərək külli miqdarda vəsaiti mənimsədikləri aşkar edilib.

MTX-nin məlumatına əsasən, dövlət vurulmuş ziyan 783 milyon 586 min dram təşkil edib.

Faktla bağlı cinayət işi məhkəməyə göndərilib.

Son xəbərlər

Orphus sistemi