Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru ailəsini ölkədən çıxarıb

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru ailəsini ölkədən çıxarıb Bakı. 28 sentyabr. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ailəsini və uşaqlarını bir neçə aydır ölkədən çıxarıb.
Region
28 Sentyabr , 2018 12:12
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru ailəsini ölkədən çıxarıb
0 : 00
0 : 00

Bakı. 28 sentyabr. REPORT.AZ/ Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ailəsini və uşaqlarını bir neçə aydır ölkədən çıxarıb.

“Report” xəbər verir ki, məlumatı Ermənistanda çıxan “İrates” qəzeti yayıb.

Bildirilib ki, məlum telefon danışığının gizli şəkildə yazılışı aşkarlandıqdan sonra Artur Vanetsyan ailəsi ilə bağlı təhlükəsizlik porbleminin yarandığını bəyan etmişdi.

Qəzetin yazdığına görə, direktor təhlükəsizlik baxımından hökumətin bağ evinə köçüb: “Artur Vanetsyan dar çərçivədə yaranmış vəziyyətdən narahat olduğunu gizlətməyib. O, ağır işi çiyninə götürdüyünü, bunun özünə və yaxın ətrafına başağrısı olacağını söyləyib”.

Son xəbərlər

Orphus sistemi