Yuxarı
    Bağlamaq

    Ermənistan Mərkəzi Bankı rekord həcmdə valyuta müdaxiləsi həyata keçirib

    EMB dramın sabitliyini saxlamaq üçün banklara 50 mln. dollar həcmində ABŞ valyutası satıb

    Bakı. 27 avqust. REPORT.AZ/ Ermənistan Mərkəzi Bankı (EMB) milli valyuta - dramın məzənnəsini sabit saxlamaq üçün rekord həcmdə valyuta müdaxiləsi həyata keçirib.

    "Report"un "Epress.am"a istinadən verdiyi xəbərə görə, bu barədə "Aykakan jamanak" qəzeti yazır. 

    Məlumata əsasən, EMB banklara 50 mln. dollar həcmində ABŞ valyutası satıb ki, bu da Ermənistan tarixində görülməmiş göstəricidir. Qəzet yazır ki, belə həcmdə müdaxilə dramın sabitliyini istənilən yolla saxlamaq üçün siyasi iradənin olmasını göstərir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi