​Ermənistan məhkəməsi rus əsgər Permyakovu 10 il müddətinə azadlıqdan məhrum edib

​Ermənistan məhkəməsi rus əsgər Permyakovu 10 il müddətinə azadlıqdan məhrum edib Məhkəmə onu 3 maddə üzrə müqəssir bilib
Region
12 Avqust , 2015 21:51
​Ermənistan məhkəməsi rus əsgər Permyakovu 10 il müddətinə azadlıqdan məhrum edib

Bakı. 12 Avqust. REPORT.AZ/ Hərbi məhkəmə Rusiyanın Ermənistandakı hərbi bazasının sıravi əsgəri Valeri Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərti ilə 10 il müddətinə azadlıqdan məhrum edib.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Gümrü qarnizon məhkəməsi Permyakovu Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi - fərarilik, silah oğurluğu və onun qanunsuz saxlanılması üzrə müqəssir bilib.

Təqsirkar günahını etiraf etdiyini, əməlindən peşmançılığını və cəzasını çəkməyə hazır olduğunu ifadə edib.

Permyakov, həmçinin 7 nəfərin qətlində ittiham olunur. Bu işə Ermənistan məhkəməsi tərəfindən ayrıca baxılacaq.

Valeri Permyakov bu ilin yanvar ayında Gümrüdə özbaşına hərbi bazanı tərk edib və Avetisyan ailəsinin üzvlərini, o cümlədən iki körpə uşağı öz evlərində qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi