Yuxarı
    Bağlamaq

    Ermənistan məhkəməsi müxalifət lideri Jirayr Sefilyanın apellyasiya şikayətini təmin etməyib

    Jirayr Sefilyan qanunsuz yolla silah əldə etməkdə və saxlamaqda ittiham olunur

    Bakı. 8 iyul. REPORT.AZ/ Cinayət işləri üzrə Ermənistan Apellyasiya Məhkəməsi radikal müxalifət yönümlü "Yeni Ermənistan" ictimai qurtuluş cəbhəsinin lideri Jirayr Sefilyanın haqqında çıxarılmış həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini təmin etməyib.

    "Report" xəbər verir ki, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin J.Sefilyanla bağlı qərarını qüvvədə saxlayıb.

    Qeyd edək ki, J.Sefilyan qanunsuz yolla silah əldə etməkdə və saxlamaqda ittiham olunur. Müttəhim ittihamları qətiyyən qəbul etmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi