​Ermənistan KİV: "Rusiya Ermənistana satdığı təbii qazın qiymətini artırmaq istəyir"

​Ermənistan KİV: "Rusiya Ermənistana satdığı təbii qazın qiymətini artırmaq istəyir" Hazırda Moskva İrəvana təbii qazın min kub metrini 200 dollara satır
Region
4 Aprel , 2015 13:52
​Ermənistan KİV: Rusiya Ermənistana satdığı təbii qazın qiymətini artırmaq istəyir

Bakı. 4 aprel. REPORT.AZ/ Rusiya Ermənistana satdığı təbii qazın qiymətini artırmaq istəyir.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistanda çıxan "Joxovurd" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, martın 30-da Rusiyanın baş naziri Dmitri Medvedevlə Ermənistan hökumətinin başçısı Ovik Abramyan arasında telefon danışığı olub.

Məlumatda bildirilib ki, həmin danışıqda Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətinin artırılması məsələsi də müzakirə edilib.

Qəzetin yazdığına əsasən, məsələ ilə bağlı ekspert qrupunun yaradılması istiqamətində işlər görülür. Həmin qrup "mavi yanacağ"ın qiymətinin artırılmasının əsaslandırılmasını və vacibliyini dəyərləndirəcək.

Xatırladaq ki, hazırda Rusiya Ermənistana təbii qazın min kubmetrini 200 dollara satır. 

Son xəbərlər

Orphus sistemi