KİV: Paşinyanın reytinqi xeyli azalıb

KİV: Paşinyanın reytinqi xeyli azalıb Ermənistanın Baş naziri Nikol Paşinyanın reytinqi xeyli dərəcədə azalıb.
Region
20 Mart , 2019 12:48
KİV: Paşinyanın reytinqi xeyli azalıb

Ermənistanın Baş naziri Nikol Paşinyanın reytinqi xeyli dərəcədə azalıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın "Past" qəzeti qapalı sosioloji tədqiqatlara istinadən yazıb.

"Bizim məlumatımıza görə, bugünlərdə buna bənzər sosioloji sorğunun nəticələri Paşinyana təqdim edilib. Orada Nazirlər Kabinetinin rəhbərinin reytinqinin əhəmiyyətli dərəcədə azaldığı və 52-53% arasında dəyişdiyi göstərilib", - qəzet yazıb.

Nəşr xatırladır ki, cəmi 10 ay əvvəl Paşinyanı əhalinin 90%-dən çoxu dəstəkləyirdi, dekabrın 9-da keçirilən son parlament seçkiləri zamanı isə o, səslərin 70%-dən çoxunu toplayıb, başqa sözlə, yalnız son üç ayda Baş nazirin tərəfdarlar ordusu 20%, son 10 ayda isə 35-40% azalıb.

"Bu nəticələr Paşinyanı çox narahat edib. Mətbuata, "Facebook"a və digər məlumat platformalarına hücumlar, eləcə də müəyyən populist addımlar vasitəsilə diqqəti əhəmiyyətli mövzulardan yayındırmaq elə bununla bağlıdır", - müəlliflər qeyd edib.

Qəzetin yazdığına görə, hakimiyyət baxımından parlament seçkilərinin dekabrda keçirilməsi əsaslı idi, çünki seçkilər, məsələn, apreldə olsaydı, "Mənim addımım" bloku xeyli az səs toplayar, parlamentdə üç deyil, beş partiya yer alardı.

Son xəbərlər

Orphus sistemi