Yuxarı

Ermənistan kəndinin sakinləri etirazlarını davam etdirir

Nümayişçilər aksiyanın müddətsiz xarakterə malik olduğunu bildiriblər

Bakı. 16 sentyabr. REPORT.AZ/ Ermənistanın Vayotsdzor əyalətinin Aqavnadzor kəndinin sakinləri yenidən məktəbə, uşaq bağçasına və kənd administrasiyasının binasına girişi bağlayıblar.

"Report" "Azatutyun" radiosuna istinadən xəbər verir ki, etirazın səbəbi fermerlərin 9 aydır üzüm satışından onlara ödənilməli olan vəsaiti ala bilməməsidir.

Onların sözlərinə görə, problem hələ də həll edilməmiş qalır. Etiraz aksiyasının iştirakçıları aksiyanın müddətsiz xarakterə malik olduğunu və yalnız problemlərinin həll olunacağı təqdirdə məktəb, uşaq bağçası və kənd administrasiyasının binasının girişini açacaqlarını bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi