Rusiyanın ​Ermənistan iqtisadiyyatına qoyduğu sərmayə 12 dəfə azalıb

Rusiyanın ​Ermənistan iqtisadiyyatına qoyduğu sərmayə 12 dəfə azalıb Bu il işğalçı ölkənin iqtisadiyyatına qoyulan xarici sərmayənin həcmində isə 3 dəfəyədək azalma var
Region
1 Sentyabr , 2015 13:26
Rusiyanın ​Ermənistan iqtisadiyyatına qoyduğu sərmayə 12 dəfə azalıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Ermənistan iqtisadiyyatına 2015-ci ilin son 6 ayı ərzində qoyulan birbaşa sərmayə ötən illə müqayisədə 3 dəfəyədək azalıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Xəbərə görə, 2014-cü ilin ilk 6 ayında ölkə iqtisadiyyatına qoyulan sərmayənin həcmi 180 milyon dollar olubsa, cari ilin uyğun dövründə bu rəqəm 65 milyon dollara düşüb.

Məlumata əsasən, Ermənistan iqtisadiyyatına ənənəvi olaraq, ən çox sərmayə qoyan Rusiyadır. Rusiyanın həmin sahəyə qoyduğu sərmayə 12 dəfə azalıb.

Xəbərə görə, 2014-cü ilin ilk 6 ayında Rusiya Ermənistanın iqtisadiyyatına 88 milyon dollar sərmayə qoymuşdusa, bu il həmin göstərici 7 milyon dollar təşkil edib. 

Son xəbərlər

Orphus sistemi