Ermənistan hökumətində yeni istefalar gözlənilir

Ermənistan hökumətində yeni istefalar gözlənilir Bakı. 19 sentyabr. REPORT.AZ/ Ermənistan hökumətində yaxın günlərdə bəzi dəyişikliklər gözlənilir.
Region
19 Sentyabr , 2018 13:17
Ermənistan hökumətində yeni istefalar gözlənilir
0 : 00
0 : 00

Bakı. 19 sentyabr. REPORT.AZ/ Ermənistan hökumətində yaxın günlərdə bəzi dəyişikliklər gözlənilir. 

“Report”un “İrates” qəzetinə istinadən verdiyi xəbərə görə, Xüsusi İstintaq Xidməti rəisi Vaqram Şaqinyanın, respublika Baş prokuroru Artur Davtyanın, habelə elm və təhsil naziri Arahik Harutunyanın istefaya göndəriləcəyi gündəmdədir. Buna səbəb adı çəkilən şəxslərin ictimaiyyət arasında yeni hökumətə qarşı böyük inamsızlığa gətirib çıxaran ciddi səhvlərə yol vermələridir.

“Hraparak” qəzeti isə yazır ki, hazırda keçmiş hakimiyyətlə bağlı olanlar dövlət idarəetmə qurumlarından kütləvi şəkildə uzaqlaşdırılırlar.

Son xəbərlər

Orphus sistemi