​Ermənistan hökuməti Rusiyadan aldığı təbii qazın qiymətini təsdiqləyib

​Ermənistan hökuməti Rusiyadan aldığı təbii qazın qiymətini təsdiqləyib Bu razılaşma 2015-ci il dekabrın 31-dək qüvvədə olacaq
Region
18 Avqust , 2015 20:01
​Ermənistan hökuməti Rusiyadan aldığı təbii qazın qiymətini təsdiqləyib

Bakı. 18 avqust. REPORT.AZ/ Rusiya Ermənistana təbii qazın min kubmetrini 165 dollara satacaq.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Xəbərdə bildirilib ki, avqustun 18-də Ermənistan hökumətinin iclasında bu güzəştli satış qiyməti haqda Rusiya-Ermənistan protokol layihəsi təsdiqlənib.

Məlumata görə, həmin sənəd köhnə tarixlə qanuniləşdirilib. Çünki bu il yanvarın 1-dən Ermənistan Rusiyadan faktiki olaraq təbii qazı bu qiymətə alır. Bu razılaşma 2015-ci il dekabrın 31-dək qüvvədə olacaq.

Qeyd edək ki, ötən il Rusiya Ermənistana "mavi yanacağ"ı əvvəlcə 189 dollara satmağı nəzərdə tutmuşdu. 

Son xəbərlər

Orphus sistemi