Yuxarı

Ermənistan hökuməti aparatının keçmiş işlər müdiri Nikol Paşinyanın partiyasından istefa verib

Ermənistan hökuməti aparatının keçmiş işlər müdiri Nikol Paşinyanın partiyasından istefa verib

Bakı. 15 noyabr. REPORT.AZ/ Ermənistan hökuməti aparatının keçmiş işlər müdiri Gevorq Açemyan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vətəndaş Razılaşması Partiyasının sıralarından çıxdığını bildirib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gevorq Açemyan “Facebook” səhifəsində yazıb.

O bildirib ki, bu addımı atmağına səbəb Nikol Paşinyanın sıravi üzvlərlə diktatorcasına davranmasıdır.

Gevorq Açemyan deyib ki, partiyanın reytinq səsverməsində iştirak edib və namizədliyi siyahıya daxil edilib. Bir neçə gün sonra partiyanın rəhbərliyi onun namizədliyini ləğv edib. G.Açemyan siyasi təşkilatın rəhbərliyindən məsələ ilə bağlı açıqlama vermələrini istəsə də, indiyədək onun müraciətinə cavab verilməyib. O, bundan sonra Vətəndaş Razılaşması Partiyasının sıralarını tərk etmək qərarına gəldiyini vurğulayıb.

G.Açemyan partiya rəhbərliyini demokratiyanı təmin etmək üçün siyasi iradənin olmamasında günahlandırıb. O, gələcək fəaliyətini başqa şəkildə davam etdirəcəyini söyləyib. G.Açemyan qeyd edib ki, onun seçilmək istədiyi Malatiya-Sebastyan dairəsindən partiyanın 4 üzvünün - Ararat Mirzoyan (baş nazirin birinci müavini), Araik Arutyunyan (təhsil naziri), Hraçi Akopyan (Nikol Paşinyanın qaynı) və Erik Qriqoryanın (ətraf mühiti mühafizə naziri) namizədlikləri irəli sürülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi